İnsan ömrünü uzadan amil açıqlandıbackend

İnsan ömrünü uzadan amil açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yaşlıların ömrünü uzada biləcək mühüm amil aşkarlanıb

Tribunainfo.az xarici mətbuata istinadla xəbər verir ki, Çində aparılan bir araşdırma sosial əlaqələrin yaşlı insanların ömrünü uzatmaqda mühüm rol oynadığını ortaya qoydu.

Siçuan Universitetinin Qərbi Çin Xəstəxanasının tədqiqatçıları 1998-ci ildən bəri orta yaşı 89 olan 28 563 nəfərdən toplanan sağlamlıq məlumatlarını təhlil ediblər.
İştirakçılar bu müddət ərzində vaxtaşırı sorğular keçiriblər. Sosial qarşılıqlı əlaqələrinə dair suallar ünvanlayıblar. Tədqiqatçılar bu anketlərə əsasən iştirakçıları 4 qrupa ayırıblar: demək olar ki, hər gün sosiallaşanlar, həftədə ən azı bir dəfə sosiallaşanlar, ən azı ayda bir dəfə sosiallaşanlar, və sosiallaşmayanlar.
Tədqiqatçılar heç vaxt sosiallaşmadıqlarını deyən insanların öldüyü müşahidə ediblər. Yaşlanma ilə bağlı araşdırmalar indiyədək əsasən idman və qidalanma ilə bağlı məlumatlara diqqətə çatdırıb.
Mütəxəssislər dünya əhalisi arasında yaşlı insanların sayının azalacağını gözləyirlər. Buna görə də yaşlı insanların ömrünün uzadılması ilə bağlı araşdırmalar getdikcə daha çox əhəmiyyət kəsb edir.