İlon Mask: “Mən ildə cəmi 2-3 gün istirahət edirəm”backend

İlon Mask: “Mən ildə cəmi 2-3 gün istirahət edirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünən Tesla-nın səhmdarlarının iclasında CNBC-yə danışan İlon Mask maraqlı açıqlamalar verib.

Tribunainfo.az xəbər verir ki, dünən Tesla-nın səhmdarlarının iclasında CNBC-yə danışan Tesla Motor-un CEO-su İlon Mask ildə cəmi 2-3 gün istirahət etdiyini və həftədə 7 gün işlədiyini söyləyib.

Mask fabrik işçilərinin işə gəlməli olduğu bir vaxtda uzaqdan işləməyi müdafiə edə bilməyəcəyini deyib.
O, eyni zamanda açıqlamasında Teslanın iki yeni model hazırlamağı planlaşdırdığını bildirib. Bu vasitələrdən biri ucuz qiymətə, 25 min dollar qiymət aralığında satılacaq. Onun sözlərinə görə, bu iki avtomobildən biri dizayn mərhələsində, digəri isə istehsal mərhələsindədir.