İlkin Süleymanovun məhkəməsində dava düşdü – VİDEObackend

İlkin Süleymanovun məhkəməsində dava düşdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesində prokuror müttəhimin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokurorun çıxışından sonra İ.Süleymanovun vəkilləri müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmədən sonra təqsirləndirilən İlkin Süleymanovun qohumları ilə qarşı tərəf arasında dava düşüb. Tərəflər bir-birini təhqir ediblər. İ.Süleymanovun yaxınları onun günahsız olduğunu, qarşı tərəf isə əksini bildirib.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.