Prezident Naxçıvan Ali Məhkəməsinə sədr təyin etdibackend

Prezident Naxçıvan Ali Məhkəməsinə sədr təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə sədr təyin edilməsi haqqında sərəncam imzalayıb.

Tribunainfo.az xəbər verir ki, sərəncama əsasən, Səadət İnayət qızı Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.

S.Bəktaşi bu təyinata qədər Bakı Apellyasiya Məhkəməsinin hakimi idi. O, daha əvvəl Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin hakimi, Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəziflərində çalışıb.