“İlan adam” peyda oldu: Hər həftə dərisi dəyişir – FOTObackend

“İlan adam” peyda oldu: Hər həftə dərisi dəyişir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hər həftə müntəzəm olaraq dərisini dəyişən adamı görənlər heyrətlənib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hindistanın Qərbi Benqal əyalətində yaşayan və xəstəliyinə görə “ilan adam” adlandırılan Majibar Rehman Malik həm görünüşü, həm də hər həftə dəri dəyişdirməsi ilə insanları heyrətləndirib.Xəstəliyinin doğulduqdan bir neçə gün sonra başladığını deyən Malik dərisinin hər həftə töküldüyünü, onun yerini qaşınan qırmızı pulcuq və ləkələrlə əvəz etdiyini bildirib.Malik həkimlərin xəstəliyindən xəbərsiz olduğunu bildirib və ailəsinə onu daha daha yaxşı xəstəxanaya aparmağı tövsiyə edib.
O, həmçinin xarici görünüşünə görə məktəbdə həmyaşıdlarından kənarda qaldığını bildirib: “Uşaqlar məndən qorxurdular. Xüsusilə ibtidai siniflərdə oxuyanlar məni görəndə qaçırdılar. Bu səbəbdən məktəb rəhbərliyi və məni məktəbdən xaric etdi”.