İkiyə bölünən məktəb binasında şagirdlər ölümlə üz-üzə qalıblar – VİDEObackend

İkiyə bölünən məktəb binasında şagirdlər ölümlə üz-üzə qalıblar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Cəlilabadın Kövüzbulaq kənd 1 saylı orta məktəbi hər an uça bilər. 1987-ci ildə tikilən təhsil ocağı ölüm saçır.

Valideynlər də təhsil ocağının hazırkı halından şikayətçidirlər:

“Bu yaxınlarda məktəbin yarısı uçdu. Təhsil ocağının istilik sistemi, qapı-pəncərəsi yoxdur”.

Məktəbin zirzəmisi su ilə doludur. Təhsil müəssisəsi daş panellərlə tikilib. O panellər də demək olar ki, hamısı bir-birindən ayrılıb. Hazırda bu məktəbdə 100-dən çox şagird təhsil alır.
Bir müddət əvvəl rəsmi qurumlar məktəb binasının yenisi ilə əvəz olunacağını bildirsələr də, vəziyyət hələ də dəyişilməz olaraq qalır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: