Tanınmış müğənni İbrahim Borçalının oğlu qəzada vəfat edib.
TİA.AZ xəbər verir ki, müğənninin Rəhim adlı oğlu Gürcüstanın Marneuli rayonunun Şulaveri kəndində avtomobil qəzasına düşüb.
Hadisəylə bağlı müğənni ilə əlaqə saxlanılıb. İfaçı gözyaşları içində xəbəri təsdiqləyib.
Məlumat üçün qeyd edək ki, Rəhim Türkiyədə təhsil almışdı.
Allah rəhmət eləsin.