Həyat tərzi harada daha sağlamdır?backend

Həyat tərzi harada daha sağlamdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın sağlam həyat tərzinə ən bağlı bölgəsi Dağıstandır. Novator.az bildirir ki, “RİA Novosti” agentliyinin tərtib etdiyi reytinq cədvəli bunu göstərir.

Reytinq tərtib edilərkən alkoqol qəbulu, tütündən istifadə, narkomaniyanın yayılma dərəcəsi, idmanla məşğul olma, iş şəraiti və daha bir neçə bu tipli göstərici əsas götürülüb.

Reytinq cədvəlinin ilk pilləsində Dağıstan Respublikası yer alır. İkinci yerdə Çeçenistan, üçüncü yerdə Kabarda-Balkar Respublikası gəlir.

İlk onluqda Krasnodar diyarı, İnquşetiya və Şimali Osetiya respublikaları, Penza, Ryazan və Tambov vilayətləri, Qaraçay-Çərkəz Respublikası da var.

Sağlam həyat tərzi üzrə ən aşağı göstəricilər Yəhudi Muxtar Vilayəti, Kamçatka diyarı, Maqadan vilayəti, Zabaykalye diyarı və Amur vilayətlərində qeydə alınıb.