“Azərbaycan Ermənistandan iki şey istəyir”.
Tribunainfo.az xəbər verir ki, bu fikirlər politoloq Stepan Həsən-Cəlalyana məxsusdur.
O bildirib ki, birinci tələb ATƏT-in Minsk Qrupundan birgə çıxmaqla bağlı bəyanat verməkdir. “İrəvan bununla razılaşmır. Çünki gələcəyə hesablanmış addımlar var. Həmçinin Minsk Qrupu gələcəkdə təminatçı rolunda çıxış edə bilər”.
Həsən-Cəlalyan bildirir ki, Azərbaycanın ikinci tələbi Ermənistan Konstitusiyasına dəyişikliyin edilməsidir. “Etiraf edim ki, orada Qarabağın Ermənistana birləşdirilməsindən bəhs edilir. Yəni bu bənd var olduqca, sülh müqaviləsi mümkün deyil”.
Erməni politoloq Azərbaycanın iki halda Ermənistana tələb irəli sürməyəcəyini vurğulayıb. “Birinci hal odur ki, Ermənistan Azərbaycanı sarsıdıcı məğlubiyyətə uğratmalıdır. Bu indi mümkün deyil. Gələcəkdə nə qədər mümkün olacağı da sual altındadır. İkincisi isə Ermənistan Respublikası mövcudluğunu dayandırdıqda”.