HƏRBİ EKSPERT: AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ CİDDİ ADDIMLAR ATMALIDIR

HƏRBİ EKSPERT: AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ CİDDİ ADDIMLAR ATMALIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Cermuk yaşayış məntəqələri istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu və Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb.

Son hadisələrlə bağlı TİA. Az-a danışan hərbi analitik, Alp Arslan İmamqulu bildirib ki, Azərbaycan Silahlı Qüvvələri təhlükəsizliyimizin təminatı adına ciddi addımlar atmalıdır:

“2020-ci il zəfəri ilə Ermənistanın işğal siyasətinə son qoymuşdur. Bundan sonrakı mərhələdə önəmli bir istiqamətdə fəaliyyət başladı ki, bu da Azərbaycan dövlət sərhədlərinin delmitasiyası ilə əlaqədardır. Burda da bir çox mübahisə və müzakirələr var. Ali baş komandanımızın da dediyi kimi delmitasiya olunacağı təqdirdə Azərbaycanın 19-cu və 20-ci əsrlər üzrə xəritələrinin ortaya qoyulması ilə bu mübahisələr sonlandırıla bilər. Bu deməkdir ki, mövcud vəziyyətdə sərhədlərimiz tam olaraq müəyyən olunmayıb. Ən son ard-arda törədilən təxribatlar və Azərbaycanın cavab olaraq həyata keçirdiyi antiterror əməliyyatları əslində Azərbaycanın tarixi torpaqlarında həyata keçirilməkdədir. Ali baş komandanımızın bu istiqamətdə bir çox mesajları vardır ki, onlardan biri də Laçın şəhərində səsləndirdiyidir. Bundan sonrakı dövr üçün sərhədlərimizin delmitasiya olunması prosesinə dəstək olaraq Azərbaycan Silahlı Qüvvələri təhlükəsizliyimizin təminatı adına ciddi addımlar atmalıdır. İstənilən halda hüquqi müstəvidə Azərbaycanın üstünlüyü olsa da, mövcudluğumuzun hansı ərazilərdə olması böyük önəm daşımaqdadır. Bilinən budur ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Bu o deməkdir ki, sərhədlərimiz ölkə rəhbərinin də qeyd etdiyi kimi iyirminci yüzillikdəki xəritələrimizə görə də delmitasiya ediləcəkdir. Ancaq bundan sonra bölgədə sülh prosesi başladıla bilər”.

TİA. Az