Həkimlərin avtomobillərini satıb pulunu yedi, İstanbula qaçdı – “AF” salonun sahibi sərbəst buraxıldıbackend

Həkimlərin avtomobillərini satıb pulunu yedi, İstanbula qaçdı – “AF” salonun sahibi sərbəst buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Uzmanlar” Klinikasında həkimlərinin bahalı avtomobillərini satdıqdan sonra ölkədən qaçan “AF” Avto salonun sahibinə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1982-ci il təvəllüdlü Ucar rayon sakini, “AF” Avto salonu icarə əsasında işlədən Famil Kamilov (soyad şərti) Yasamal rayonunda yerləşən “Uzmanlar” klinikasında kardioloq Samir və ürək-damar cərrahı Anarın bahalı avtomobillərini satıb, pulunu götürərək İstanbula qaçıb.
Belə ki, Famil öz həkimi olmuş ürək-damar cərrahı Samirin “Audi Q7” markalı avtomobilini 28000 min dollara və Anar həkimin “Mercedes” markalı avtomobilini isə 24000 min dollara özünə məxsus “AF” Avto salonda sataraq, pulun çox hissəsini mənimsəyib. O, Samir həkimin 5, Anar həkimin 24 min dollarını qaytara bilməməsi səbəbindən İstanbula qaçıb.
İstanbulda olarkən “WhatsApp”la Anar həkimə səs göndərib, əməlindən peşman olduğunu və onu bağışlamalarını xahiş edib. Türkiyədə pul qazana bilmədiyi üçün Anar və Samirin pullarını qaytara bilmədiyini deyib. 2022-ci ilin aprel-may ayında öyrənib ki, hər iki həkim onun barəsində prokurorluq orqanlarına şikayətlə müraciət ediblər.
İstanbulda maddi durumu yaxşı olmadığı və barəsində cinayət işi olduğu üçün Azərbaycana qayıdıb. 2022-ci ilin oktyabr ayında Bakıya qayıdarkən hava limanında saxlanılıb.
Məhkəmənin qərarı ilə Famil Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 6 oktyabr 2022-ci il tarixdən hökmün çıxarıldığı 3 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 6 ay 27 gün müddətinin 1 günü 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 4 ay 6 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunub.