Həkimdən XƏBƏRDARLIQ! Uşaqlar arasında bu xəstəlik yayılıbbackend

Həkimdən XƏBƏRDARLIQ! Uşaqlar arasında bu xəstəlik yayılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar uşaqlarda səpkili infeksiya müşahidə olunur. Qızılca deyil, məxmərək də deyil, su çiçəyi və skarlatina da deyil! Valideynlər diqqətli olsa yaxşıdır.

Tribunainfo.az xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev məlumat paylaşıb. O bildirib ki, uşaqlar arasında yayılan “ağız-əl-ayaq” xəstəliyidir:

“Koksaki virusu tərəfindən törədilir. Oral, fekal-oral yolla ötürülür. Hərarət yüksəlir, ağızda, əllərdə, ayaqlarda, bəzən genital nahiyədə səpkilər müşahidə olunur. Dərhal həkimə müraciət edilməlidir ki, qızılca, məxmərək, suçiçəyindən ayırd edilsin.
Spesifik müalicəsi yoxdur, hərarətə nəzarət etmək, ağız boşluğunun gigiyenasına fikir vermək lazımdır. Vaxtında həkimə müraciət etmədikdə xoşagəlməz ağırlaşmalar ola bilər. 5-7 gün ərzində keçib gedir”.

Nigar