HAYK NAHAPETYAN: “AZƏRBAYCAN ÜÇ İSTİQAMƏTDƏ MÜHARİBƏYƏ HAZIRLIQ GÖRÜR”backend

HAYK NAHAPETYAN: “AZƏRBAYCAN ÜÇ İSTİQAMƏTDƏ MÜHARİBƏYƏ HAZIRLIQ GÖRÜR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Süniki (Zəngəzur) Ermənistandan ayırmaq üçün 3 istiqamətdə addım ata bilər”. Tribunainfo.az xəbər verir ki, bunu hərbi ekspert Hayk Nahapetyan deyib.
Onun sözlərinə görə, həmin istiqamətlərdən biri Cermuxdur. Digəri isə Gorus-Sisyan-Angeqakot-Naxçıvandır. “Üçüncü hədəf isə Meğridir”.
Nahapetyan iddia edir ki, Azərbaycanın Kəlbəcərdə tunellər çəkməsi və işğaldan azad edilmiş ərazilərimizdə saldığı yeni yollar müharibə hazırlığının detallarından biridir. “Tunel qazmaq kifayət qədər baha başa gəlir. Lakin bir məqama xüsusi diqqət yetirmək lazımdır. Azərbaycan son iki ildə yük daşınması üçün çəkdiyi bütün yollara heç də səbəbsiz deyil. Görünən odur ki, magistral boyda yollar ilk növbədə hərbi texnikanın daşınması üçün nəzərdə tutulub”.
Erməni hərbi ekspert qeyd edib ki, Azərbaycan bu yolları Gorusa, Cermuxa qədər tikiblər. “Məqsəd tankları vaxtında daşıya bilməkdir. Bununla da hərbi qüvvələri sürətlə köçürülməsi problemini həll edirlər. Onlar hər gün hazırlaşırlar. Sadəcə gözləyirlər ki, hərbi əməliyyatlara başlamaq nə vaxt əlverişli olacaq”.
Nahapetyan onu da iddia edir ki, Azərbaycan hərbi əməliyyatlara başlamaq qərarlarında müstəqil deyil. Onun fikrincə, yeni hərbi münaqişəyə başlamaq üçün geosiyasi güc mərkəzlərinə, yəni Rusiya və İranla razılaşma lazımdır. “Əgər onların razılığı olsaydı, Azərbaycan Ermənistana qarşı yeni müharibəyə çoxdan başlayardı. Azərbaycan güc mərkəzlərinin razılığını alarsa, o zaman Ermənistanda yerləşən istənilən Aİ müşahidəçisi bu hərbi əməliyyatlara mane ola bilməyəcək. Çünki Aİ ölkələri bir-birinə bağlıdır və Azərbaycandan asılıdır. Söhbət enerji daşıyıcılarından gedir. Ermənistan-Azərbaycan sərhədinin həmin hissələrində Rusiyanın hərbi mövcudluğu əsas məsələdir. Rusların bölgədə olması Azərbaycanın qarşısını almaq üçün ən yaxşı vasitədir”.

Tribunainfo.az