“Haram xoşları olsun!” – Deputat “Qarabağ”ın oyunundan yazdıbackend

“Haram xoşları olsun!” – Deputat “Qarabağ”ın oyunundan yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2020-ci ildən dünyada bir Qarabağ rüzgarı əsir. Bu söz bizə qürur verir və iftixar gətirir. Həm hərb meydanında, həm də idman arenalarında tarix yazırıq”.

Bunu deputat Vüqar İskəndərov qeyd edib.

O bildirib ki, “Qarabağ” futbol klubunun Avropanı fəth etməsi siyasətdə olduğu kimi, idman meydanında da qərəz, paxıllıq, ikili standartlarla üz-üzədir: “Almaniyada “Bayer”lə cavab görüşündə doğma komandamız, qürurumuz Ağdamın “Qarabağ” futbol klubu mərdliklə, qürurla ölkəmizi təmsil etdi. Hakimlə, oyunçularla, hətta təşkilatçılarla mübarizədə qalib gəldi. Düzdür, sonda növbəti mərhələyə “Bayer” çıxsa da, bütün dünya gördü ki, bu, qələbəni zorla alıb, rəqibə vermək oldu. Hətta “Bayer”in baş məşqçisi, oyunçuları fonda qalib kimi görünmürdü. Bir pərtlik və pəjmürdəlik var idi üzərində… Belə ədalətsiz münasibətə onsuz da öyrəşmişik. Qoca, hətta lap əldən düşmüş Avropanı yaxşı tanıyırıq. Haram xoşları olsun.

Sağ ol, “Qarabağ”, sən qalibsən. Xeyirlə şər mübarizəsinin qalibi… Cənablar, qəbul edin. Azərbaycan bütün mənalarda həm siyasi, həm humanitar, həm də idman meydanlarında zəfər qazanır… İstəsəniz də, istəməsəniz də”.(Globalinfo.az)