Hansı bürclərin dostluğu daha möhkəm olur?backend

Hansı bürclərin dostluğu daha möhkəm olur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Astrologiya Məktəbi”nin yaradıcısı İnna Lyubimova Zodiak işarələrinə əsasən ən yaxşı dost olan bürcləri açıqlayıb.

Astroloqun sözlərinə görə, bir insanın doğuş cədvəli qiymətli məlumatların anbarıdır və bu tarixə əsasən onun haqqında üstünlüklərindən, istəklərindən və dəyərlərindən tutmuş zəif nöqtələri və vərdişlərinə qədər hər şeyi söyləmək mümkündür. Astroloq hesab edir ki, ulduz falına əsasən həm aşiq olduğunuz insanla uyğunluğunuzu ölçə, həm də sadiq dostlarınızı tapa bilərsiniz. Uyğunluq ulduz falının fərdi aspektlərinə görə hesablanır, lakin hər kəsin istifadə edə biləcəyi bir sirr var. Sizinlə eyni ünsürdən olan bir insanla güclü dostluq münasibətləri qurmaq ehtimalınız daha yüksəkdir.

Qoç, Şir, Oxatan

Son dərəcə coşğun xasiyyətinə görə, üçü də alov elementinin nümayəndələridir. Onlar enerjiləri ilə hücum edərlər, cəsarətləriylə heyrətə gətirirlər və güclü xarakterləri ilə öyünürlər. Belə bir rəfiqə ilə həm karaokeyə, həm də döyüşə gedə bilərsiniz. Təbii ki, bu insanlara özləri kimi kariyerist insanlarla dostluq etmək daha maraqlıdır. Kimsə Şir bürcünün qürurunu incitsə Qoç hər zaman onun müdafiəsinə qalxacaq və istənilən vaxt çətinliyə düşən dostunun köməyinə gələcək. Şənlikləri və parlaq səyahətləri sevən Oxatanlar da bu tandemə mükəmməl uyğunlaşacaqlar. Şir və Qoçla onlar heç vaxt darıxmayacaqlar.

Buğa, Qız, Oğlaq

Melanxolik xüsusiyyətlər Buğa, Qız və Oğlaqları birləşdirir. Bu bürcün qız nümayəndələri həmişə ayıq düşünür və hər addımlarını əvvəlcədən hesablayırlar. Onlar xəyanəti bağışlamırlar və sərf etdikləri vaxta görə peşman olmadan həmin insanları həyatlarından siləcəklər. Torpaq elementinin insanları üçün bir-biri ilə ümumi dil tapmaq həmişə daha asandır, ən azından onların hər biri maddi şeyləri və sabit münasibətləri yüksək qiymətləndirirlər. Emosional “partlayışlar” onlara görə deyil.

Əkizlər, Tərəzi, Dolça

Hava ünsürləri təmiz sanqvinikdir. Bu tipə aid insanlar emosional, zirək və diribaş olurlar. Onlar öz əməllərində və qərarlarında çevikdirlər, istənilən dəyişikliyə və şəraitə dərhal uyğunlaşırlar. Bürclərin heç də hamısı Əkizlər, Tərəzi və Dolça ilə yaxşı yola gedə bilmir. Ancaq digər tərəfdən, bu üçlük bir-birinin əhatəsində rahatdır. Onları ümumi ideallar, ünsiyyət və sönməz nikbinlik birləşdirir. Adətən məclisdən sonra hamı otaqlara səpələnib yatmağa gedəndə, bu üçü səhərə qədər mətbəxdə oturub bir-biri ilə parlaq fikirlər bölüşürlər. Əkizlər Tərəzi bürcünün sonsuz hekayələrini dinləməkdən yorulmayacaq və həmişə Dolça bürcünə yaradıcılıq işlərində dəstək olacaq.

Xərçəng, Əqrəb, Balıq

Xərçənglər, Əqrəblər və Balıqlar flegmatik təbiətə malikdirlər. Bu tip insanlar isə qaradinməz, sakit, təmkinli olurlar. El arasında onlara “yerəbaxan” deyirlər. Söhbətcil deyillər. Çox çətinliklə söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyil. Onları həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Onlar empatik və təsir edicidir, həm də hadisələri ürəklərinə çox yaxın buraxırlar. Su ünsürləri üçün “soyuq” Oğlaqlar və ya ehtiyatlı Qızlarla dostluq etmək asan olmayacaq, lakin onlar həmişə bir-birləri ilə ümumi dil tapacaqlar. Əqrəb müsahibədən keçməyən Xərçəng rəfiqəsinə özünə inanmasına hər zaman kömək edəcək, diqqətsiz və xəyalpərəst Balıqları isə doğru yola yönəldəcəklər. (publika)