Indi mağazalarda satışa çıxarılan alça, çiyələyin heç bir xeyri yoxdur. Hamilə qadınlar, azyaşlılara xüsusilə olmaz.
Tribunainfo.az xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev bildirib. O qeyd edib ki, bu meyvələr orqanizmdə ciddi problemlər yaradır:
“Alça 100 manat, çiyələk 10 manat. Bir azdan gilas da gələcək. İndi baha qiymətə satışa çıxarılan meyvə-giləmeyvələrin orqanizmə heç bir faydası yoxdur!!! hamilə xanımlar üzrlü saysın, ancaq olmaz. Allergiyası və mədə-bağırsaq problemləri olan uşaqlara xüsusilə ziyandı.
Vaxtında və təbii yolla yetişəndə isə tərkibindəki vitamin və mikroelementlər uşaqlı-böyüklü hamıya faydalıdı”.