“Halal Kontrol Qrup” MMC barəsində icraat başladılıb.
Tribunainfo.az xəbər verir ki, halal qida və kosmetik məhsulların istehsalı ilə məşğul olan MMC İnzibati Xətalar Məcəlləsinin idarəçilik əleyhinə olan 538-1.1 maddəsinin tələbini pozub. MMC akkreditasiya olunmadan xidmət göstərdiyi üçün cərimələnib.
Belə ki, akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
MMC-nin işinə 12 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə baxılacaq.