Hafiz Məmmədov evlərini və restoranını satdıbackend

Hafiz Məmmədov evlərini və restoranını satdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Bakı»FK-nın prezidenti Hafiz Məmmədov dövlətə olan vergi borcunu qaytarmaq üçün növbəti addımı atıb. Fəaliyyətini dayandırmış klubun rəhbəri bu məqsədlə paytaxtda yerləşən bir neçə yaşayış sahəsini və iaşə obyektini satıb.

Bura Bakıda kifayət qədər məşhur olan restoran da daxildir. Ötən yanvarında Dövlət Vergi Xidməti tərəfindən H. Məmmədov barəsində cinayət işi başlanılıb. O, həbs edilsə də, borcunun bir qismini ödədiyi üçün 4 gün sonra azadlığa buraxılıb.

H. Məmmədovun sosial ödənişlərlə bağlı 1,4 milyon manat borcu olub, həmin məbləğdən 400 minini ödəyib. O, bu ayın sonunadək qalıb borcunun müəyyən hissəsini geri qaytaracağını vəd edib.

aut.az