Hacı Şahini o əvəz edəcəkbackend

Hacı Şahini o əvəz edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Məşədi Dadaş məscidində Cümə namazı Hacı Elbrus Kərimov tərəfindən qılınacaq.

Tribunainfo.az xəbər verir ki, bu barədə mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin feysbuk səhifəsində məlumat paylaşılıb.

Əldə etdiyimiz məlumata görə, adıçəkilən ilahiyyatçı Hacı Şahinin tələbəsi olub. O, Haci Şahinin sağlığında da bir neçə dəfə bu səlahiyyəti icra edib. Belə ki, Hacı Şahin səfərlərdə olan vaxt onu Elbrus Kərimov əvəz edib.

Qeyd edək ki, Hacı Şahin 2001-ci ildən “Məşədi Dadaş” məscidində imam-camaat olub. O, martın 2-də evində qəfil dünyasını dəyişib.