“GÜNAY BANK” NİYƏ BAĞLANDI? – İQTİSADÇI İZAHIbackend

“GÜNAY BANK” NİYƏ BAĞLANDI? – İQTİSADÇI İZAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Günay Bank”ın lisenziyasının ləğvi bank sektorunda inhisarlaşmanın davamıdır. Mərkəzi Bank özü də etiraf edir ki, bu kiçik bankın bağlanması “bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır”. Bank nəzarəti formal yox, riskyönümlü olmalıdır. Sistem üçün risk törətməyən bank niyə bağlansın ki?

Tribunainfo.az yazır ki, bu barədə iqtisadçı, bank eksperti Əkrəm Həsənov bildirib. onun sözlərinə görə, əslində, “Günay Bank” və onun kimi bəzi kiçik və orta banklar iri banklarımızın hamısından daha səmərəli və təhlükəsizdir:

“Bankın bağlanmasına ən çox sevinən Əmanətlərin Sığortalanması Fondu olacaq. Hansı ki, ləğv edilən bankların olan-qalan əmlakının başına daş salmaqda mahirdir”.