GÜLMƏK İNSANI BU XƏSTƏLİKLƏRDƏN XİLAS EDİRbackend

GÜLMƏK İNSANI BU XƏSTƏLİKLƏRDƏN XİLAS EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gülməyin həm fiziki, həm də mənəvi sağlamlıq üçün bir dərman olduğu müəyənləşib.

Tribunainfo.az yazır ki, sağlam qocalıq üçün mütəxəssislərin əsas tövsiyələri sağlam qidalanma və idmandır. Bununla belə, İrlandiyanın Dublin Triniti Kollecindən professor Rouz Enn Kenni deyib ki, gülüş də oxşar təsirə malikdir.
Kenninin sözlərinə görə, sosial qarşılıqlı əlaqə və “yaxşı gülmək” qocalıqda sağlam qalmaq üçün idman kimi vacibdir. “Dostlarınız və ailənizlə əylənin” deyən Kenni, bunun yaşlılıqda bəzi risklərdən insanı xilas etdiyini deyib.
Bir çox araşdırmalar göstərir ki, sosiallaşma beyin sağlamlığını artırır və ürək xəstəliklərindən, xərçəngdən qoruyur.