backend

Gəncədə 55 min ağac əkilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 55 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında şəhərin bütün idarə və müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 55 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında şəhərin bütün idarə və müəssisə kollektivləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Kampaniya çərçivəsində əsasən Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan şam ağacları əkilir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev aksiya çərçivəsində 55 000-ci ağacı əkib.

İcra başçısının birinci müavini Elnur Rzayev bildirib ki, 450 hektar ərazisi olan Heydər Əliyev Park Kompleksində həyata keçirilən aksiyaya bu il dekabr ayının 1-dən start verilib.

YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ağac əkmə aksiyasının gəncəlilərin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 55 illiyinə hədiyyəsi olduğunu bildirib. Qeyd edib ki, bu gün əkilən ağaclar özünün inkişaf, çiçəklənmə dövrünü yaşayan Gəncə şəhərinin, Azərbaycanın yaşıllaşmasına, ekoloji təmizliyinə böyük töhfə verəcək.

Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.