Futbolçu həyat yoldaşından Dünya Çempionatına baxdığı üçün boşandıbackend

Futbolçu həyat yoldaşından Dünya Çempionatına baxdığı üçün boşandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyalı keçmiş futbolçu Adriano Dünya Çempionatını izlədiyi üçün həyat yoldaşından boşanıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Globo Extra” məlumat yayıb.Məlumata görə, Braziliya millisinin və “İnter”in sabiq hücumçusu Adriano 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının oyunlarına baxdıqdan sonra həyat yoldaşından boşanıb.

Cütlük 24 günlük evlilikdən sonra ayrılıb. Buna səbəb 40 yaşlı futbolçunun dostlarının yanına getməsi olub. Qeyd olunur ki, Adriano 25 yaşlı həyat yoldaşı Mikaela Mesquiteyə həftə sonu ailəsi ilə görüşmək üçün geri dönəcəyini vəd edib, lakin bunun əvəzinə Braziliyanın İsveçrə ilə matçını izləmək üçün iki gün yoxa çıxıb.

Futbolçu həyat yoldaşına vəziyyəti izah etməyə çalışsa da, o, ona qulaq asmayıb. Cütlük arasında dava düşüb. Nəticədə onlar ayrılıb.