Fuad Əliyev Gəncə sakinləri ilə görüşdə: Bu qəhrəman şəhərin camaatı… – Foto

Fuad Əliyev Gəncə sakinləri ilə görüşdə: Bu qəhrəman şəhərin camaatı… – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentliyə namizəd Fuad Əliyev seçicilərlə növbəti görüşünü Gəncə şəhərində keçirib. Tribunainfo.az-ın xəbərinə görə, yüzlərlə seçicinin iştirak etdiyi görüşdə F.Əliyev 7 fevral seçkilərində iştirakın vacibliyindən söz açıb və hər kəsi səs verməyə çağırıb. Prezidentliyə namizəd qeyd edib ki, Azərbaycan dövləti ərazi bütövlüyünü təmin edib və ilk dəfə Xankəndi başda olmaqla bütün Qarabağda da azad seçki keçiriləcək.
F.Əliyevin sözlərinə görə, qarşıdakı əsas hədəflərdən biri ölkənin sosial-iqtisadi inkişafı, diplomatiyanın gücləndirilməsi, xarici qüvvələrin məkrli planlarının qarşısını almaq, sərhədlərin təhlükəsizliyini daha da möhkəmləndirməkdir.
Eyni zamanda, F.Əliyev daxili siyasətdə problemlərin həll olunmasının zərurliyindən, məmurların vətəndaşlarla təmasda daha diqqətli olmasından, maaş və pensiyaların artırılmasından danışıb. F.Əliyev Gəncə şəhərinin qəhrəman şəhər olduğunu, 44 günlük müharibədə iki dəfə düşmən qüvvələrinin terror hücumuna məruz qalmasına baxmayaraq, əhalinin şəhəri tərk etmədiyini yada salıb.
O, şəhərin böyük potensiala malik olduğunu qeyd edib, Gəncə sakinlərinin zəhmətkeş olduqlarını qeyd edib. F.Əliyev bildirib ki, ölkənin sosial-iqtisadi problemləri həllini tapmalı, rifah səviyyəsi yüksəlməlidir. Sonda prezidentliyə namizəd hamını seçkidə iştiraka çağırıb.