Fransanın məşhur “L’Œuvre” qəzeti, 1920-ci il: “SSRİ Zəngəzuru erməniləşdirdi”backend

Fransanın məşhur “L’Œuvre” qəzeti, 1920-ci il: “SSRİ Zəngəzuru erməniləşdirdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəngəzurda baş verənlərin fonunda tarixi arxivə baş vurmaq yerinə düşər…

TİA.AZ xəbər verir ki, bu sözləri sosial şəbəkə istifadəçisi Sabina Rasim yazıb. O, Fransanın məşhur “L’Œuvre” qəzetinin 1920-ci il, 14 iyul buraxılışında gedən məqalənin fotosunu paylaşıb.

İstifadəçi qəzetin “SSRİ Zəngəzuru erməniləşdirdi” məqaləsindən bəhs edib:

“Məqalədə bildirilir ki, Sovet Rusiyası iyulun 1-də Ermənistanla razılaşma imzalayaraq, Azərbaycana aid olan, əsasən tatarların (Azərbaycan türklərinin) yaşadığı Zəngəzur vilayətini Ermənistana birləşdirib.

Gül kimi sənədli dəlil-sübutdur Zəngəzurun məhz hansı ölkəyə aid olması haqqında!

Qeyd edək ki, 19-20-ci əsr Qərb ictimai fikrində nəinki Qafqazda yaşayan, ümumiyyətlə hər yerdə məskunlaşan TÜRK toplumlarına TATARLAR deyirdilər.

Belə tarixi faktlar çoxdur və bir daha gün işığına çıxarılaraq sübut edir ki, Azərbaycan Sovet Rusiyasına daxil olarkən, məhz tanınmış Azərbaycan Demokratik Respublikasının 114 min km2 ərazini əhatə edən sərhədləri ilə daxil olmuş, sonradan hərbi-siyasi təzyiqlə, qanunsuz olaraq, Azərbaycanın o zamankı rəhbərliyinin təkidli etirazlarına baxmayaraq, faktiki işğala və ərazi bütövlüyü parçalanmasına məruz qalmışdır.

Belə sənədli faktların ermənilərin ən güclü havadarı olan məhz Fransada mövcud olması ermənilərə od qoyduğu qədər, bizim də bu planda əlimizi güclü edən ciddi məqamdır.

Dövlət başçısı İlham Əliyevin bugünlərdə “Sovet hökuməti 101 il əvvəl əcdadlarımızın torpağı olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirib” deyəndə, məhz bu tarixi faktı dilə gətirib”.