Türkiyəli məşhur rokçu Teoman jurnalistlərin suallarını cavablandırarkən tənbəlliyindən danışıb.
Tribunainfo.az xəbər verir ki, sevilən rokçu gəzməklə arasının olmadığını, xarici ölkələrə getməyi sevmədiyini bildirib. Onun bu açıqlamaları maraq doğurub. Rokçunun pərəstişkarları onun xaraktercə yorğun və passiv olduğuna təəccübləndiklərini bildiriblər.
Teoman bildirib ki, bu günə qədər İtaliyanı, Fransanı gəzmək kimi bir planı olmayıb:
“Vaxt tapan kimi Karaköy və Eminönünə gedirəm. İtaliya və ya Fransaya getmək kimi qəribə planlarım yoxdur. Karaköydə gözəl dönər və kokkoreç yediyim yerlər var. Vaxtım varsa ora gedirəm”.