“Finca Azerbaijan” 30 min manat cərimələndibackend

“Finca Azerbaijan” 30 min manat cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Finca Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı barəsində cərimə protokolu yazılıb.

Tribunainfo.az xəbər verir ki, sözügedən BOKT İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 598.1.2-ci maddəsinin tələbini pozduğuna görə cərimələnib.

Tələbi pozulan maddəyə əsasən, 598.1.2. maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə, vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

“Finca Azerbaijan” BOKT-un işinə 13 mart tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.

Qarşı tərəfin mövqeyini işılandırmağa hazırıq.

Nigar