“Facebook” bu şəxslərin hesabını siləcəkbackend

“Facebook” bu şəxslərin hesabını siləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook” sosial şəbəkəsi “zərərli istifadəçi” deyə təyin etdiyi şəxslərin və qrupların istifadəsinə qadağa qoydu.

Yeniavaz.com xarici KİV-ə istiadən xəbər verir ki, “Facebook” irqçiliyi təmsil edən, etnik və dini qruplara qarşı nifrət dolu mesajlar verən hesabların bağlanması haqqında məlumat verib.

Məlumatda qeyd olunub: “Biz həmişə ideologiyasından asılı olmayaraq, şiddət və nifrətə yönəlik mesajlar verən və ya onu təmsil edən şəxsləri və təşkilatları qadağan edirik” .

“Facebook”un bağlama qərarı aldığı hesablar arasında sui-qəsd nəzəriyyələriylə tanınan amerikalı internet və radio aparıcısı Aleks Cons Laura Lomer, “İslam Xalqı” adlı qrupun başçısı Luis Farakan kimi hesablar da var.

Qeyd edək ki, İnsan Hüquq Təşkilatının üzvləri bu kimi hesabların şiddət və nifrət yaydığını nəzərə alaraq, bütün sosial şəbəkə platformalarını xüsusilə də  “Facebook”u lazımi tədbirlər görməyə çağırmışdılar.

Bu qaydanın “Instagram” üçün də tətbiq olunacağı deyilir.