Evimizdə saxladımız TƏHLÜKƏ… Bu vasitələri mütləq açıq havada saxlayın!- Həkim

Evimizdə saxladımız TƏHLÜKƏ… Bu vasitələri mütləq açıq havada saxlayın!- Həkim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadınlar xüsusilə mətbəxdə, hamam otağında istifadə etdikləri təmizlik məhsullarını, ağardıcıları, yuyucu toz, xlor, yağ, ərp çözücüləri evdə şkafın içində saxlayırlar. Belə vasitələr adətən ya hamam otağında, ya da mətbəxtə dolabda olur. Mütəxəssislər isə bildirir ki, bu olduqca təhlükəli və ziyandır.

Tribunainfo.az xəbər verir ki, Türkiyənin məşhur ürək və daxili xəstəliklər üzrə həkimi, professor Canan Karatay evdə saxladığımız təhlükə barədə danışıb. O bildirib ki, təmizlik vasitələri evimizdə, dolablarımızda saxladığımız öldürücü bombadır.

Həkimin sözlərinə görə, bu vasitələr qapalı məkanda qaldıqca havanı zəhərləyib nəfəs yolları, mədə-bağırsaq və sair xəstəliklər yarada bilir. Həkim məsləhət görür ki, hətta bu vasitələrdən istifadə zamanı qapı-pəncərə açıq, ağzımız isə xüsusi maska ilə bağlı olmalıdır. Hətta bu vasitələrdən istifadədən sonra paltar və qablar təkrar durulamadan keçirmək lazımdır.
C.Karatay bildirib ki, bu vasitələr açıq havada, eyvandakı dolablarda saxlanılsa daha yaxşı olar.