Ətin qiyməti ilə bağlı şok bahalaşma – 1 kilosu 20 manat ola bilər-VİDEObackend

Ətin qiyməti ilə bağlı şok bahalaşma – 1 kilosu 20 manat ola bilər-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tələbat çoxalır, qiymət isə hər gün bir az da artır. Söhbət gündəlik qidalanmada əsas yerlərdən birini tutan ətdən gedir.

Tribunainfo.az xəbər verir ki, son bir neçə gün ərzində həm mal, həm də qoyun ətinin qiyməti 2-3 manat bahalaşıb. Belə ki, mal ətinin 1 kiloqramının qiyməti 12 AZN-dən 14,50 AZN-ə, qoyun əti isə 15-16 AZN-dən 17-18 AZN-ə kimi artıb. Bahalaşma marketlərdə daha çox özünü göstərir.

Satıcılar da “Xəzər Xəbər”ə qiymətlərin artmasını təsdiqləyibər. Onlar bildirib ki, qış mövsümünün olmasına baxmayaraq ətlik heyvanlar çətin tapılır. Həmçinin deyilib ki, bu cür davam edərsə, ətin bir kiloqramı 20 manat olacaq.