“Ermənistanın ipi Azərbaycanın əlindədir”

“Ermənistanın ipi Azərbaycanın əlindədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakının Ermənistanın demilitarizasiyası tələbi, eləcə də Cənubi Qafqazın avtoxton xalqı kimi təqdim etməsi, ermənilərin regiondan deportasiyasına açıq hazırlıq deməkdir”. Trfibunainfo.az xəbər verir ki, bu sərsəm iddia ilə politoloq Beniamin Matevosyan çıxış edib.

O bildirib ki, Ermənistanın yaxın günlərdə sülh sazişi bağlamağa hazır olması barədə bəyanatları bir işə yaramayıb. “Azərbaycan onları ciddiyə almadı”.

Matevosyan onu da deyib ki, 2018-ci ildən bəri Ermənistanın bütün ipləri Azərbaycanın əlindədir. “Paşinyan hakimiyyətə gələndən bütün iplər Azərbaycanın əlindədir. Bakı istənilən vaxt Ermənistanın daxili siyasətinə, hətta iqtisadi məsələlərinə müdaxilə edə bilir”.