Ermənistanın başı qaçıb: nüvə silahı əldə etmək istəyir

Ermənistanın başı qaçıb: nüvə silahı əldə etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın nüvə doktrinasına dəyişiklik etməsi ermənilər də qızışdırıb. Tribunainfo.az xəbər verir ki, İrəvandakı bəzi siyasətçilər nüvə silahı hazırlamaq üçün addımlar atmağın vaxtı çatdığını dilə gətirməyə başlayıblar.


Politoloq Stepan Danielyan bu məsələdə bir qədər də irəliyə gedərək, Ermənistanın hansı addımlar atmasından danışıb. O deyib ki, dünya hazırda sürətlə nüvə müharibəsinə yaxınlaşır. “Rusiya nüvə doktrinasında növbəti dəyişiklik edib. Bizim dövrümüzdə hətta Rusiya kimi ölkə öz suverenliyinə, ərazi bütövlüyünə arxayın deyilsə, başqaları haqqında nə deyə bilərik”.
Onun sözlərinə görə, Rusiya nüvə silahından istifadə edərsə, İran, Səudiyyə, Türkiyə və daha bir neçə ölkə dərhal nüvə silahına sahiblənəcək.
Danelyan hesab edir ki, Ermənistan da bu prosesə hazır olmalıdır. “Əgər indiki hakimiyyət Metsamor AES-i bağlamasa, növbəti addımlar haqqında ciddi düşünməliyik. Yəni, bizim də nüvə silahı hazırlamaq haqda düşünməyimizin vaxtı çatıb”.