ERMƏNİSTAN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ NYU-YORKDA BQXK SƏDRİ İLƏ GÖRÜŞÜBbackend

ERMƏNİSTAN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ NYU-YORKDA BQXK SƏDRİ İLƏ GÖRÜŞÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyan Nyu-Yorkda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyaric-Egger ilə görüşüb.
Tribunainfo.az Armenpress-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-dən məlumat verilib.

Görüşdə Laçın dəhlizinin blokadası, Qarabağda yaranmış humanitar böhran və BQXK-nın bu istiqamətdə fəaliyyətinin təfərrüatları müzakirə olunub.

BQXK-nın Dağlıq Qarabağdakı humanitar problemlərin həllində fəal iştirakının vacibliyini və humanitar yardımların maneəsiz çıxışının təmin edilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanda əsirlikdə olan erməni hərbi əsirlərin və mülki şəxslərin tezliklə azad edilərək geri qaytarılmasının zəruriliyini vurğulayan Vahe Gevorqyan BQXK-nın beynəlxalq humanitar hüquq normalarının həyata keçirilməsinin təmin edilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib.