ERMƏNİLƏRİN YARALILARI ARTDI – SON XƏBƏRbackend

ERMƏNİLƏRİN YARALILARI ARTDI – SON XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan-Azərbaycan şərti sərhədində baş verən silahlı toqquşma nəticəsində yaralanan erməni hərbçilərinin sayı 4-ə çatıb.

Tribunainfo.az xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

***

Xəbər verdiyimiz kimi, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Tribunainfo.az  Azərbaycan Müfadiə Nazirliyinə istinadən xəbər verir ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Ermənistan Müdafiə Nazirliyi isə 3 hərbçilərinin yaralandığı barədə məlumat yayıb.