ERMƏNİ HƏYASIZLIĞI ATƏT TƏDBİRİNDƏbackend

ERMƏNİ HƏYASIZLIĞI ATƏT TƏDBİRİNDƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in tədbirində (Polşa, Lodz) deyib ki, 13-14 sentyabrda Azərbaycan Ermənistanın 140 kvadrat kilometrlik ərazisini işğal edib. Adamın üzündə həya gərəkdir. Ermənistan 30 ilə yaxın Azərbaycanın 1 milyon 200 min hektara yaxın ərazisini işğalda saxlayıb.

Tribunainfo.az xəbər verir ki, bu sözləri hüquqşünas Qabil Toğrul bildirib. O bildirib ki, Ermənistanın işğal edildi deyə car çəkdiyi 140 kv. km-i hekatara çevirəndə vur-tut 14 min hektar edir:

“Yeri gəlmişkən, 1 491 hektarlıq Xankəndinin bütün ərazisi, 30 897 hekatrlıq Şuşanın, 91 615 hektarlıq Xocalının, 149 800 hektarlıq Xocavəndin, 269 381 hektarlıq Kəlbəcərin və 126 967 hektarlıq Tərtərin bir hissəsi hələ də ermənilərin işğalı altındadır. Ancaq özləri bunu işğa hesab etmir”.

Nigar