Ərdəbildə etirazçılar polisi qaçmağa məcbur etdi – VİDEObackend

Ərdəbildə etirazçılar polisi qaçmağa məcbur etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünən axşam saatlarında Ərdəbil şəhərində başlayan dinc etiraz aksiyasına hökumət qüvvələrinin sərt müdaxiləsi müqavimətlə qarşılaşıb.
TİA.AZ “Azad İran” Teleqram kanalına istinadla xəbər veri ki, aksiyada öncə “Azadlıq, ədalət, milli hökumət” şüarları səsləndirilib. Hökumət qüvvələrinin amansız müdaxiləsindən qəzəblənən kütlə daha sonra “Ölüm olsun Xameneyiyə”, “Ölüm olsun diktatora” şüarları səsləndirib.
Repressiv qüvvələrin rezin dəyənəklə qadın etirazçıları döyməsi ərdəbilli gəncləri qəzəbləndirib. Gənclərin müqaviməti polis qüvvələrinin qaçması ilə nəticələnib.
Gecə saatlarında da aksiyalar davam edib.
Bir neçə yüz nəfərlik qruplar halında müxtəlif bölgələrdə keçirilən aksiyalar hökumət qüvvələrinin pərən-pərən düşməsinə səbəb olub.