Ən çox içənlər – moldovanlar, ən az içənıər – küveytlilər…backend

Ən çox içənlər – moldovanlar, ən az içənıər – küveytlilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Spirtli içki qəbul edənlərin sayı tədqiq olunub. Novator.az-ın məlumatına görə, 189 ölkənin statistikasına əsaslanan tədqiqatın nəticələri mayın 8-i “Lancet” tibb jurnalında dərc olunub.

Analiz göstərib ki, 1990-cı ildən 2017-ci ilə qədər dünyada alkoqol qəbulu 70% artıb. Hindistan, Çin və Vyetnamda spirtli içki qəbulunda çoxalma, Şərqi Avropa ölkələrində azalma qeydə alınıb.

Tədqiqat zamanı 15-99 yaş arası insanların məlumatlarından istifadə olunub. Alimlər qeyd edir ki, ən az alkoqol qəbul edənlər Yaxın Şərqdə, ən çox içənlər Mərkəzi və Şərqi Avropada yaşayır.

İçki lideri kimi Moldova göstərilir. Bu ölkədə adambaşına 15 litr təmiz spirt qəbulu düşdüyü vurğulanır.

Ən az spirtli içki qəbul edən Küveyt sakinləridir: adambaşına illik norma 0,005 litr.

Tədqiqata əsasən, ayıq başla yaşamaq istəyənlər 1990-cı ildə dünya əhalisinin 46%-i, 2017-ci ildə 43%-i, içkiyə meyllilər 1990-cı ildə dünya əhalisinin 18,5%-i, 2017-ci ildə 20%-i nisbətində olub.