Əminə Ərdoğan: COP29 təbiət və bəşəriyyət naminə ortaq məsuliyyətin parlaq təzahürüdür

Əminə Ərdoğan: COP29 təbiət və bəşəriyyət naminə ortaq məsuliyyətin parlaq təzahürüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilən sessiyasını “təbiət və bəşəriyyət naminə ortaq məsuliyyətin bariz təzahürü” adlandırıb.

Əminə Ərdoğan sosial şəbəkələrdəki paylaşımında Azərbaycanda iqlim sammitinin təşkilinin səviyyəsinin “nümunəvi” olduğunu qeyd edib.

Türkiyənin birinci xanımı yazıb: “Ümid edirəm ki, dost və qardaş Azərbaycanda COP29 ümumi evimizə – Yer kürəsinə xeyir verəcək. Bu zirvə sərhədsiz həmrəyliyin, təbiət və bəşəriyyət üçün ortaq məsuliyyətin bariz təzahürüdür”.

Əminə Ərdoğan ümidvar olduğunu bildirib ki, dövlətlərin kollektiv iradəsi “daha ədalətli dünyanın qapılarını açacaq”.