Əmək pensiyasının minimum məbləğinin artırılması təklif olunurbackend

Əmək pensiyasının minimum məbləğinin artırılması təklif olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq əmək pensiyasının minimum məbləğinin artırılması məsələsinə baxılmasını təklif edirəm. Son illər bu sahədə dövlətimiz çox mühüm tədbirlər həyata keçirib. Ancaq imkan daxilində bu məsələnin diqqətdə saxlanılmasına ehtiyac var”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
Deputat qeyd edib ki, son illər ölkəmizdə maliyyə və bankçılıq sahəsində dövlətimiz tərəfindən bir çox mühüm tədbirlər həyata keçirilib, qanunvericilik bazası daha da təkmilləşdirilib:
“Əvvəlki illərlə müqayisədə kredit faizlərində azalma olsa da xüsusilə istehlak və biznes kreditlərinin faizlərinə yenidən baxılmasına ehtiyac var. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə qəbirstanlıqların bərpası prosesinə başlanılmalıdır. Bəzi qəbirstanlıqlarda sümüklər açıq-aydın ortada qalıb. Bu prosesi mümkün qədər sürətləndirməliyik. Çoxsaylı müraciətlər nəzərə alınaraq mərhələli şəkildə dünyasının dəyişmiş məcburi köçkünlərin öz doğma yurdlarında minalardan təmizlənmiş ərazilərdə dəfninə şərait yaradılsın”