Elektron siqaretdən istifadə sonsuzluğa səbəb olurbackend

Elektron siqaretdən istifadə sonsuzluğa səbəb olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Sonsuz zərərləri olan siqaretin kişilərdə sonsuzluğa səbəb ola biləcəyi müəyyən edilib.
Bundan əlavə, uşaq sahibi olmağı düşünən kişilər siqaretlə yanaşı, elektron siqaretdən də uzaq durmalıdırlar. Siqaretin zərərləri saysız-hesabsızdır.

Siqaret çəkmək infarkt, xərçəng və insult riskini artırır və hər il 5 milyondan çox insanın ölümünə səbəb olur.
Siqaret çəkmək uşaq arzusunda olan cütlüklərə də təsir edir.
Urologiya Mütəxəssisi Akif Ersoy Erkmen sonsuzluğun cütlüklər üçün əhəmiyyətli maddi və mənəvi problemlərə səbəb olan sağlamlıq problemləri arasında olduğunu söyləyib:
“Xüsusilə kişilərdə sonsuzluğun səbəbləri arasında bir çox faktor olsa da, elektron siqaretlər də risk faktorları arasındadır. Günümüzdə getdikcə daha çox görülən və daha məsum kimi bazara çıxarılmağa çalışılan elektron siqaret istifadəsi həm kişi cinsi sağlamlığına mənfi təsir edir, həm də kişi sonsuzluğunu artıra bilər. Uşaq sahibi olmağa çalışan və gələcəkdə uşaq sahibi olmağı düşünən kişilər siqaretlə yanaşı, elektron siqaretdən də uzaq durmalıdırlar”.