ELDAR MAHMUDOV BANDASININ CƏNGİNƏ KEÇƏN ŞİRKƏT MƏHKƏMƏYƏ VERİLDİ – ERMƏNİSTANLA BİZNES….backend

ELDAR MAHMUDOV BANDASININ CƏNGİNƏ KEÇƏN ŞİRKƏT MƏHKƏMƏYƏ VERİLDİ – ERMƏNİSTANLA BİZNES….

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Arazplast” MMC barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir. İş Bakı Şəhər Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın icraatındadır. Tribunainfo.az araşdırıb ki, məhkəməyə verilən şirkətin rəhbəri vaxtilə sabiq MTN şefi Eldar Mahmudovun bandası tərəfindən saxlanılıb.

“Araz-Plast”ın əməkdaşı MTN-çiləri stəkan sındırmaqda ittiham etdi

Şahid qismində ifadə verən “Araz-Plast” MMC-nin keçmiş mühasibi Afət Əliyeva bildirdi ki, 2015-ci ilin may ayında işlədikləri ofis-mağazaya şirkətin başçısı Elman Muradovla birlikdə bir qrup tanımadığı şəxs daxil olub, sonradan öyrənib ki, onlar MTN-in işçiləridir.

Xatırladaq ki, Azərbaycanda “Araz-Plast”, Türkiyədə isə “Elbor” şirkətlərinin sahibi E.Muradov Ermənistanda yaşayan iş adamı ilə əlaqələrdə ittiham edildiyi üçün MTN-ə çağırılb. Zərərçəkmiş MTN işçilərinin onun şirkətinin seyfindən 80 min manat pulu götürdüklərini və onu bir neçə gün ərzində nazirlikdə saxladıqlarını iddia edib.

Afət Əliyeva təqsirləndirilənlərdən yalnız Natiq Alıyevi göy gözlərindən tanıdığını qeyd etdi. Şahid əlavə olaraq bildirdi ki, Natiq Alıyev ofisdə özünü aqressiv aparıb, onun işlədiyi şirkətin rəhbərini dəfələrlə təhqir edib.

Mühasib qadın şirkətdə cəmi 3 il işlədiyini bildirsə də, zərərçəkmiş Elman Muradovu 1996-cı ildən tanıdığını dedi. Vəkillər bu nüansa aydınlıq gətirmədilər.

Əvəzində təqsirləndirilənlərin müdafiəçiləri suallarına aldıqları cavablarla və cinayət işindəki sənədlərlə göstərdilər ki, MTN əməkdaşlarının şirkətin ofisinə və istehsal sahəsinə gəldikləri vaxt seyfdə götürülməsi iddia edilən 80 min manat ola bilməzdi.

Epizod üzrə ifadə verən digər şahid, “Araz-Plast” MMC-də anbardar vəzifəsində çalışan Könül Ağayeva özündən əvvəlki şahidin sözlərini təsdiqlədi və əlavə etdi ki, göy gözlərinə görə tanıdığı və yadında saxladığı Natiq Alıyev ofisin ikinci mərtəbəsinə qalxandan sonra orada stəkan sınıb. Şahid stəkanı konkret olaraq kimin sındırdığını şəxsən görmədiyini bildirdi.

Şahid Eldar Məmmədov “Araz-Plast” MMC-də satış meneceri işlədiyini bildirdi. MTN əməkdaşlarının ofisə baxış keçirdikləri günü xatırlayan E.Məmmədov onların ofisdəki sənədləri və kompüterləri özləri ilə apardıqlarını göstərdi. Həmin sənədlərin və kompüterlərin geri qaytarılıb-qaytarılmaması barədə vəkillərin suallarını şahid dürüst cavablandıra bilmədi.

Natiq Alıyev: “Ofisdən heç bir məbləğ götürülməyib”

Təqsirləndirilən Natiq Alıyev ifadəsində bildirdi ki, 2015-ci ilin aprel ayında Yalçın adlı tanışı zəng edərək, qonşuluqda işləyən Elman Muradovun istehsalat sexinə elektrik xəttinin çəkilməsi ilə bağlı xahiş edib. “Maraqlandıqda öyrəndim ki, nazirliyin Antiterror mərkəzində həmin E.Muradovla bağlı araşdırma aparılır, buna görə də, həmin işi görməkdən imtina etdim”, – təqsirləndirilən deyib.

N.Alıyev sözlərinə davam edib: “Bundan bir neçə gün sonra rəhbərlikdən mənə göstəriş verildi ki, Elman Muradovu nazirliyə dəvət edim. Onu MTN-in nəzarət-buraxılış məntəqəsində qarşılayaraq, yuxarı qaldırdım və təhvil verdim. Həmin gün Füzuli Əliyev mənə məhkəmə qərarı əsasında hal şahidlərinin iştirakı ilə mənə “Araz-Plast” şirklətinin ofis-mağazasında və istehsal sahəsində baxış keçirilməsini tapşırdı.

Baxış keçirildikdən və protokol tərtib edildikdən sonra nazirliyə qayıtdım. Bundan sonra Elman Muradovun nazirlikdə saxlanması barədə məlumatım olmayıb.

O ki qaldı şirkətin ofisində 80 min manat götürülməsinə, ofisdə pul olmayıb və təbii ki, heç bir məbləğ götürülməyib”.
Daha sonra baxılan epizod üzrə təqsirləndirilən Zaur Məmmədov ifadə verdi.

“Mən 1 may 2015-ci il tarixdə “Araz-Plast” MMC-nin ofisində keçirilmiş baxışda iştirak etmişəm. Baxışın məqsədi Elman Muradovun Ermənistan Respublikasında yaşayan erməni millətindən olan şəxslərlə əlaqələrinin aşkarlanması olub. Baxış nəticəsində bunu sübut edən sənədlər aşkarlanaraq, müvafiq protokol tərtib edilərək götürülüb”, – təqsirləndirilən bildirdi.
Araz-Plast” və “Elbor” şirkətlərinin sahibi, zərərçəkmiş Elman Muradovla bağlı təqsirləndirilən Füzuli Əliyev geniş ifadə ilə çıxış etdi. “Elman Muradovla bağlı məsələ olduqca prinsipial məsələdir və mən bu gün bu işlə bağlı nə varsa, hamısını nöqtə-vergülünə qədər deyəcəyəm”, – deyən F.Əliyev ifadəsinə başlayıb.

“MTN-in texniki strukturları qeydə alıblar ki, Ermənistan mobil operatorlarından birinin nömrəsindən Azərbaycanda olan, Türkiyə telefon nömrəsindən istifadə edən şəxsə mütəmadi zənglər daxil olub. Araşdırma nəticəsində məlum oldu ki, Türkiyə nömrəsinin istifadəçisi Azərbaycan vətəndaşı, “Araz-Plast” şirkətinin direktoru Elman Muradovdur. O da məlum olub ki, erməni şəxslə dəfələrlə telefon danışıqları zamanı E.Muradov şərti sözlərdən istifadə etməklə, biznes əlaqələrini müzakirə edib.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Elman Muradovun qardaşı Elyar Muradov “Azərbaycan Dəmir Yolları” Səhmdar Cəmiyyətində rəhbər vəzifədə işləyir və ölkə başçısının səfərləri zamanı istifadə etdiyi qatarı müşayiət edən şəxslərdən biridir. Başqa sözlə, ermənilərlə əlaqədə olan şəxsin qardaşı ölkədə kifayət qədər strateji mövqedədir.

1 may 2015-ci ildə mən Baş Prokurorluğun idarə rəisi Elşən Abbasov və Baş prokurorun birinci müavini Rüstəm Usubovla şəxsən danışmışam və zəruri köməklik göstərilməsini xahiş etmişəm.

Məhkəmənin də qərarında göstərilir ki, Elman Muradov üçüncü ölkələrin ərazisində ermənilərlə görüşmüş və biznes əlaqələri qurmuşdur. Bundan əlavə, onun Türkiyə üzərindən Gürcüstan vasitəsilə Ermənistana mal göndərməsi və bunun müqabilində pul alması da aşkar edilib. Elman Muradov bunu gülünc arqumentlə əsaslandıraraq deyib ki, mən Ermənistanın pulunu bizə gətitirəm, burada pis nə var ki?

Lakin nazirlikdə dindirilən zaman Elman Muradov ermənilərlə hər hansı əlaqəsini inkar etdi. Bundan sonra bizə təzyiqlər başladı. Elman Muradov qardaşının köməyi ilə adını çəkmək istəmədiyim bir şəxsə 100 min manat rüşvət verərək, bu məsələnin ört-basdır edilməsinə nail olub. Rüşvəti alan həmin adamı bu məhkəmə zalında oturanların hamısı tanıyır, sadəcə olaraq, adını demək istəmirəm. İstintaq vaxtı müstəntiqə demişdim. Dedim, bacarırsan, get, tut o adamı. Mənə cavab verdi ki, elə adamların adını çəkmə burda.

Məsələnin mürəkkəbliyi ondan ibarət idi ki, mallar Türkiyədə qeydə alınmış firmadan Ermənistana satıldığı üçün cinayət işi qaldırmaq mümkün deyildi. Bu səbəbdən işi Vergilər Nazirliyinə göndərdik ki, Azərbaycan şirkətinin istehsal etdiyi məhsulların da Ermənistana yol tapıb-tapmamasını yoxlasınlar.

İndi istintaq bu adamın iddiası ilə bizi ittiham edir”, – Füzuli Əliyev deyib.