Ekvador Culian Assanjın sənədlərini və əşyalarını ABŞ-a verəcəkbackend

Ekvador Culian Assanjın sənədlərini və əşyalarını ABŞ-a verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekvador hakimiyyəti “WikiLeaks” saytının təsisçisi Culian Assanjın sənədlərini və şəxsi əşyalarını ABŞ-a verəcək.

“Report” xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, əşyalar və sənədlər hələ ki, Ekvadorun Londondakı səfirliyindədir.

ABŞ-a mobil telefonlar, yaddaş kartları və jurnalistin başqa informasiya daşıyıcıları çatdırılacaq. Mayın 20-də jurnalistin yaşadığı otaqda axtarış aparılacaq. Assanjın vəkili Karlos Povede bu barədə məlumatlandırılıb.

Jurnalistin ikinci vəkili Baltasar Qarson iddia edir ki, Ekvador sığınacaq verilməsi institutunu tamamilə pozub.

Daha əvvəl London Vestminster Bələdiyyə Məhkəməsində “WikiLeaks” saytının təsisçisi Culian Assanjın ekstradisiyasına dair iclas keçirilib.