“Ege Hospital”da sertifikasiyadan keçməyən həkimlər çalışırbackend

“Ege Hospital”da sertifikasiyadan keçməyən həkimlər çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ege Hospital”ın sertifikasiyadan keçməyən şəxsləri həkim kimi çalışdırdığı məlum olub.

Tribunainfo.az xəbər verir ki, məhz bu səbəbdən hospital cərimələnib. Yoxlama zamanı məlum olub ki, hospital İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Hospitalla bağlı işə 21 may tarixində Nərimanov Rayon Məhkəməsində baxılacaq. İş hakim Gültəkin Əsədovanın icraatındadır.
Hospitalın mövqeyini işıqlandırmağa hazırıq.
Nigar