“Əfv də, amnistiya da olacaq” – AÇIQLAMAbackend

“Əfv də, amnistiya da olacaq” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əfv fərmanı da veriləcək, amnistiya aktı da qəbul ediləcək. Hər ikisini gözləyirik”.

Bu barədə Cebhe.info-ya hüquq müdafiəçisi Novella Cəfəroğlu açıqlama verib.

Xatırladaq ki, o, bir neçə ay bundan əvvəl də Azərbaycan Demokratik Cumhuriyyətinin 100 illik yubleyi ərəfəsində amnistiya aktının qəbul ediləcəyinə əmin olduğunu demişdi.

Millət vəkili Tahir Kərimli də oxşar açıqlama ilə çıxış edərək, amnistiya aktının həyata keçirələcəyini söyləyib.

Xatırladaq ki, Azərbaycan Konstitutsiyasına görə əfv fərmanının imzalanması prezidentin, amnistiya aktı haqda qərarın verilməsi isə Milli Məclisin səlahiyyətindədir.