Dünyanın ən bahalı şəhərləri seçildibackend

Dünyanın ən bahalı şəhərləri seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın “The Economist” jurnalı illik “Worldwide Cost of Living” (“Dünyada yaşayış dəyəri”​) hesabatını dərc edib.

Tribunainfo.az  “qafqazinfo”-ya istinadən xəbər verir ki, 172 şəhərin araşdırıldığı hesabatda şəhərlərdə kirayə qiymətləri, qida, içki və enerji xərcləri əsas götürülüb.

Dünyanın ən bahalı şəhərləri Nyu York və Sinqapur olub. Ötən ilin qalibi Təl-Əviv üçüncü yerə düşüb.

Araşdırmaya görə, bu il dünyanın böyük şəhərlərində yaşayış xərcləri orta hesabla 8,1 faiz artıb. Bu yüksəlişdə Ukraynadakı müharibə və koronavirus epidemiyasından sonra pisləşən təchizat zəncirinin böyük rol oynadığı bildirilib.