DSX 1032 manatdan 40 qılınc alır – Şokolad satan şirkətdənbackend

DSX 1032 manatdan 40 qılınc alır – Şokolad satan şirkətdən

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) “Yusif-NS” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Tribunainfo.az Qaynarinfo-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 41 300 AZN təşkil edən müqavilədə qılıncların satın alınması nəzərdə tutulub. Müqavilənin şərtlərindən məlum olur ki, DSX bu məbləğə 40 ədəd qılınc alacaq. Aydın olur ki, qurumun alacağı qılıncların bir ədədi 1032.5 AZN-ə başa gələcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Yufis-NS” MMC 8 yanvar 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Sətta Bəhlulzadə küçəsi, ev- döngə 9, mənzil 6-da yerləşir. MMC-nin qanuni təmsilçisi Heydərov Samir Əliheydər oğludur.

Açıq mənbələrdə Samir Heydərov haqqında heç bir məlumat yoxdur.

“Yusif-NS” MMC-nin adına isə “Marsol” MMC-nin rəsmi-internet səhifəsində rast gəlinir. Orada yerləşdirilən məlumatdan aydın olur ki, “Yusif-NS” MMC şəkər, şokolad, içki və tütün məmulatları da daxil olmaqla yeyinti məhsullarının ixtisaslaşdırılmamış və s. aralıq məhsullarının topdan satışı ilə məşğuldur.

“Marsol” MMC-dən Qaynarinfo-ya bildirilib ki, “Yusif-NS” MMC şirkəti onların partnyorudur.

Şirkət barəsində açıq mənbələrdə başqa heç bir məlumata rast gəlinmir.