“Dream İsland” 25 min manat cərimələndibackend

“Dream İsland” 25 min manat cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildən fəaliyyət göstərən “Dream İsland” MMC-yə cərimə protokolu yazılıb.

Tribunainfo.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Tələbi pozulan İXM-in 192.1-ci maddəsinə görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

İşə 4 aprel tarixində Bakı Apellyasiya Məhkəmsində hakim Anar Tanrıverdiyevin sədrliyi ilə baxılacaq.

Xatırladq ki, “Dream İsland” MMC eyni maddə ilə dəfələrlə cərimələnib. Sonuncu belə cərimə protokolu şirkətə yanvar tarixində yazılmışdı.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar