Dövlət rəsmiləri səsvermədə – FOTOLAR

Dövlət rəsmiləri səsvermədə – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbədənkənar prezident seçkilərində səsvermə davam edir.
Tribunainfo.az xəbər verir ki, səsvermədə dövlət rəsmiləri də iştirak edir.

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubov Şuşada səsvermə hüququndan istifadə edib.

 

Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bakıda, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində səs verib.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadə isə 19 saylı Nərimanov birinci seçki dairəsinin 35 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
***
 
Baş nazirin I müavini Yaqub Eyyubov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
O, 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib.
***
 
Energetika naziri Pərviz Şahbazov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.
O, 7 saylı Səbail Seçki Dairəsinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində yerləşən 12 saylı seçki məntəqəsində səs verib.
***
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov növbədənkənar prezident seçkilərində iştirak edib.
O, 13 saylı Yasamal 3-cü Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.