DİN-dən “instagram”dakı “giveaway”larla bağlı – AÇIQLAMAbackend

DİN-dən “instagram”dakı “giveaway”larla bağlı – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Son günlər sosial mediada, əsasən “Instagram” platformasında yaradılmış saxta (məs: giveaway qalibləri) səhifələrdən  vətəndaşların istifadə etdikləri sosial media hesablarının mesaj bölməsinə yazılaraq iştirak etdikləri “giveaway” adlı yarışların qalibi olduqları barədə məlumat verilir və hədiyyənin çatdırılması üçün onların bank hesablarına ödəniş edilməsi tələbi hallarına rast gəlinir. 
TİA.AZ xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi məlumat yayıb.
DİN vətəndaşlara müraciət edib:
“Vətəndaşlarımızın diqqətinə bir daha çatdırırıq ki, bu tipli mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər”.