Dil öyrənmək üçün bu resurslardan yararlanın -FAYDALIbackend

Dil öyrənmək üçün bu resurslardan yararlanın -FAYDALI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci dil öyrənməyin səbəbləri çoxdur. Bir çox sahələrdə xarici dil biliyi rəqabətdə bir pillə önə çıxmağa şərait yaradır. Xarici dil öyrənmək üçün bir çox websaytlar mövcuddur.

Tribunainfo.az onları sizə təqdim edir

 

DUOLİNGO

 

Duolingo ən çox istifadə olunan dil öyrənmə resurslarından biridir. Əyləncəli testləri ilə olduqca faydalı və maraqlıdır. Bu saytda bir çox dil seçimləri mövcuddur. Öyrənmək istədiyiniz dili seçərək dərslər və müzakirələr vasitəsiylə onu öyrənməyə başlaya bilərsiz.

 

Language Guide

 

Language Guide, əlifbadan tutmuş bədən üzvlərinə, heyvanlardan kənd təsərrüfatına qədər hər şeyi əhatə edən online lüğət üçün istifadə edilən saytdır.

 

BABBEL

 

Babbel saytı daha professional servisdir. Bu program dil biliyi səviyyəsinə görə sizə uyğun qrupa əlavə edir və bununla da öz xarici dilinizi sürətlə inkişaf etdirməyə şərait yaradır. Orfoqrafiya, fərqli tələffüz kimi özəlliklərlə sizə dil biliyinizi üst səviyyəyə çıxarmaq imkanları yaradır.

 

English Central

 

English Central, yalnız videolar vasitəsi ilə öyrənməyə fokslanıb. Bu videoların hər birinin tərkibində eyni zamanda hələ ki, bilmədiyimiz sözlər və onların tərcümələri var. Hədəflərinizə və maraqlarınıza uyğun olaraq hansı videonu izləmək istədiyinizə siz qərar verirsiniz.

 

Bitgab

 

Digər servislərdən fərqli olaraq, Bitgab sosial və əyləncəli yollarla dil öyrənməyi təklif edən pulsuz sosial şəbəkədir. Səviyyənizə görə, hər gün filmlər, mahnılar, maraqlı xəbərlərdən ibarət cədvəl dərc olunur. Dünyanın fərqli yerlərindən müəllimlərlə görüntülü söhbət etmək imkanınız da olacaq.

 

BBC Language

 

Web saytlarında yayımlanan xüsusi məqalələr sayəsində akademik səviyyədə məlumatlar əldə etmək mümkündür. Siz də bu xidmətin təqdim etdiyi məqalələri gündəlik oxumağı vərdişinizə çevirin və danışıq qabiliyyətinizi irəli aparın.

 

Many Things

 

Bu saytda imtahanlar, söz oyunları, tapmacaları, atalar sözləri, və s. kimi kompyuter vasitəsilə oynaya biləcəyimiz və dil öyrənmək üçün nəzərdə tutulmuş müxtəlif fəaliyyət var. Ən önəmlisi isə, online öyrənmə prosesinə mənfi təsiri olan reklamlar bu saytda yoxdur.

 

Memrise

 

Memrise elm və tarixlə maraqlanan qruplar tərəfindən yaradılmış bölmələrdə dil öyrətmə imkanlarına sahibdir. Bu xidmət vasitəsilə sizə maraqlı olan ölkələrin tarixini öyrənə və ya elmin yeniliklərini izləyə bilərsiniz.

 

Son olaraq qeyd edək ki, YouTube, xarici dil öyrənmək üçün ən yaxşı vasitələrdən biridir

 

Youtube vasitəsi ilə mütəmadi olaraq istədiyiniz dildə olan və xoşunuza gələn mövzularda videoları izləyərək həmin dili öyrənə bilərsiniz .